Haqqımda
Mən, Dr. Azər Abdullayev, ürək-damar cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkiməm. Tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə malikəm.
Peşəkar fəaliyyətimin mühüm mərhələsini Moskvada A.N. Bakulev adına Ürək-Damar Cərrahiyyəsi Mərkəzində keçmişəm. Daha sonra Almaniyanın aparıcı klinikalarında damar cərrahiyyəsi üzrə ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak etmişəm.
Fəaliyyətimdə varikoz damar xəstəliyi, damar tıxanıqlıqları, diabetik ayaq, limfostaz və hemodializ üçün damar yolu problemlərinin müayinə və müalicəsinə xüsusi diqqət ayırıram. Müalicə planı hər pasiyentin vəziyyətinə, müayinə nəticələrinə və tibbi göstərişlərinə əsasən fərdi şəkildə seçilir.
20+
İllik təcrübə
10.000+
Müayinə və prosedur
Dr, T.ü.f.d
Ürək-Damar Cərrahı
Təhsil və iş təcrübəsi
Peşəkar inkişaf yolunun əsas mərhələləri
1995 – 2001
Ali tibb təhsili
Azərbaycan Tibb Universiteti, Müalicə-Profilaktika fakültəsi.
2001 – 2006
Bakulev adına Mərkəz (Moskva)
Ordinatura və aspirantura — Ürək-Damar Cərrahiyyəsi Elmi Tədqiqat Mərkəzi.
2006 – 2009
Baş Elmi İşçi
Bakulev adına Mərkəzdə elmi və klinik fəaliyyət.
2012 – 2015
Doktorantura (PhD)
Bakulev adına Mərkəz — Tibb üzrə fəlsəfə doktoru dərəcəsi.
2009 – 2017
Gömrük Hospital
Ürək-damar cərrahı vəzifəsində fəaliyyət.
2017 – indiyədək
MediStyle Hospital
Ürək-damar cərrahı — müasir damar cərrahiyyəsi.
workspace_premiumTəhsil və kurslar
-
verified
Lazer cərrahiyyəsi kursu
Rusiya Federasiyası — 2005
-
verified
May Haut Venen Zentrum
Frayburq, Almaniya — 2012
-
verified
Memorial klinikası kursu
2010
-
verified
Universitätsmedizin Göttingen
Almaniya — 2018
award_starPeşəkar fəaliyyət
-
Tibb üzrə fəlsəfə doktoru (PhD)
Ürək-damar cərrahiyyəsi üzrə elmi dərəcə.
-
Beynəlxalq təcrübə
Bakulev Mərkəzi (Moskva) və Almaniya klinikalarında ixtisaslaşma.
-
Beynəlxalq konqreslər
Xarici ölkələrdə keçirilən elmi konqreslərdə iştirak.