Kimyaterapiya
Onkoloji xəstələrə daha effektiv müalicə üçün cərrahi müdaxilə ilə yanaşı kimyaterapiya aparılır. Kimyaterapiya damar daxili kimyəvi dərman preparatlarının yeridilməsidir. Lakin uzun müddətli kimyaterapiya olan xəstələr bir sıra problemlərlə üzləşə bilir. Ən çox rast gəldiyimiz problemlər periferik venoz damarların flebiti və tromboflebitidir. Bu probelmlərin qarşısını almaq üçün kimyaterapiya alan xəstələrə xüsusi portlar qoyulması tövsiyyə olunur.
-
PORTUN ÜSTÜNLÜKLƏRİ:
* Port tamamilə dəri altında qalaraq estetik baxımdan əlverişlidir.
* Xəstəyə diskomfort yaratmır.
* Qan almaq və ya digər proseslər üçün damarlar dəfələrlə incidilmir.
* Uzun müddət kimyaterapiya almamasını dəstəkləyir.
* Onkoloji xəstələrdə analiz tələb olunan zaman xəstəni incitmədən Portdan qan alma imkanı.


