• (+994) 55 979 00 02
  • az en

Aorta anevrizması

Aorta anevrizması

Ürəkdən çıxan ən böyük damar olan aortanın, uzun müddət yüksək təzyiqə məruz qalması nəticəsində daxili divarından başlayaraq soyulmasına "aorta diseksiyası" və bunun nəticəsində aorta divarında əmələ gələn "torba" şəklindəki törəməyə "anevrizma" adı verilir.

Anevrizmanın diametri 5,5 - 6 sm çatdıqda "yırtılma" riski olduqca yüksəkdir. Anevrizmanın yırtılması isə son dərəcə həyati təhlükə daşıyan bir vəziyyətdir. Aorta damarındakı anevrizmanın yerinə görə, kliniki şəkil fərqli olur. Xəstəyə dərhal düzgün diaqnoz qoyulub, təcili əməliyyat aparılmalı və anevrizmalı aorta, süni damar protezi ilə əvəz olunmalıdır.