Skleroterapiya
Skleroterapiya - damar daxilinə xüsusi preparatın (sklerozantın) yeridilməsi ilə onun sorularaq aradan qaldırılmasıdır. Skleroterapiya müalicəsinə qərar vermədən öncə adi gözlə görünməyən, lakin xəsətliyin əmələ gəlməsinə səbəb ola biləcək venalar rəngli Doppler müayinəsi ilə yoxlanılmalıdır . Əgər həmin damarlarda hər hansı bir patalogiya aşkar edilərsə ilk növbədə o səbəb aradan qaldırılmalı və daha sonra səthdə olan genişlənmiş venalar skleroterapiya edilməlidir. Skleroterapiya müalicəsinin üstünlükləri: -Ağrısız olması -Yüksək kosmetik effektliliyi -Anesteziyaya eytiyacın olmaması -Kəsiksiz olması -Ambulator aparılması (pasient klinikaya daxil olur, 5-15 dəq ərzində prosedura icra olunur və daha sonra gündəlik həyatına dönür) -Müalicəyə ayrılan vaxtın qısa olması -Normal həyat tərzinə və iş şəraitinə məhdudiyyətin qoyulmaması. Bütün bu üstünlükləri nəzərə alaraq pasientlər öz normal iş qrafiklərini dəyişmədən ayaqlarındakı damarlardan asanlıqla canlarını qurtara bilərlər.


