Venoz xəstəliklərin müalicəsi
Venoz xəstəliklər ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimizin təqribən 20%-də müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmazlıq şəklində qarşımıza çıxır. Əsasən varikoz genişlənmələr hamiləlik və hamiləlikdən sonrakı dövrdə biruzə verə bilər
Varikoz xəstəliyinin fəsadları:
1. Indurativ selülit - Aşağı ətrafların daimi şişi (ödemi) ayaqlarda mayenin yığılması.
2. Aşağı ətraflarda ağrılar.
3. Aşağı ətraf venoz damarların trambozu.
4. Ağciyər arteriyasının tromboemboliyası.
Varikoz xəstəliyinin növlərindən biri dəridaxili xırda venaların genişlənməsidir (damar ulduzcuqları, teleanqioektaziyalar, retukulyar varikoz). Adətən estetik görünüşü ilə pasietlərin narahatçılığına səbəb olur. Əgər magistral venalarda problem yoxdursa o halda skleroterapiya və lazer fleboobliterasiya üstünlük verilir.
Magistral damarlarında problem olan pasientlərdə böyük damarların radiofrikans ablasiyası əməliyyatı icra olduqdan sonra skleroterapiya proseduru aparılır.
Damarların radioflikans ablasiyası əməliyyatının üstünlüyü kosmetik olmaqla yanaşı ağrısız və xəstənin həmin gün evə buraxılmasıdır.


