• (+994) 55 979 00 02
  • az en

Limfostaz nə zaman inkişaf edir ?

Limfostaz nə zaman inkişaf edir ?

Limfostaz bu kimi hallarda inkişaf edə bilər: - limfa düyünlərinin və limfa damarlarının şişləri və zədələmələri nəticəsində, - cərrahi əməliyyatlardan sonra (limfa düyünləri və limfa damarları xaric olunduqda - məsələn, qadınlarda süd vəzi xərçənginə görə keçirilmiş əməliyyatdan sonra inkişaf edə bilər), - varikoz xəstəliyi nəticəsində, - travmalardan (sınıq, çıxıq, yanıqlar və s.) sonra (bunların nəticəsində limfa axarları zədələnir), - bəzi infeksiyaların nəticəsində (adətən bu stafilokokk və qurd infeksiyaları olur). Limfostazın müalicəsi uzunmüddətlidir. Müalicə zamanı massaj (həm əl, həm də apparat masajı), xüsusi pəhriz, müalicəvi bədən tərbiyəsi, lazerlə müalicə və s. istifadə olunur. Ən əsası isə limfostazın inkişafına səbəb olan əsas xəstəlik müalicə olunmalıdır (əgər bu mümkündürsə). Bəzi hallarda limfostazın müalicəsi cərrahi yolu ilə aparılır.