• (+994) 55 979 00 02
  • az en

Limfostaz haqqında

Limfostaz haqqında

Qandan əlavə insan orqanizmində digər çox vacib maye - limfa dövr edir. Limfa sistemi qan sisteminin hissəsi sayılır. Limfa sistemi kapilyarlar, damarlar, limfa düyünləri və limfa axarlarından ibarətdir. Limfa sistemi drenaj funksiyasını yerinə yetirir - orqanizmdə toplanan artıq mayenin qan sisteminə düşməsini təmin edir. Limfa sistemi immun sisteminə də aiddir - limfa düyünlərində orqanizmə düşən ziyanlı mikroblar və s. yad cisimlər saxlanılır və zərərsizləşdirilir. Limfa sistemi həmçinin orqanizm tərəfindən yağların mənimsənilməsinə kömək edir. Müasir tibdə limfa sisteminin funksiyaları sona kimi öyrənilməyib. Limfanın normal dövr etməsi orqanizm üçün çox vacibdir. Lakin müxtəlif səbəblərə görə bu prosess pozula bilər ki, nəticədə insanda limfostaz xəstəliyi inkişaf edir. El arasında bu xəstəlik "fil xəstəliyi" adlandırılır. Əksər hallarda limfostaz ayaq və qollarda, bəzən cinsiyyət orqanlarında, süd vəzilərdə, üz nahiyəsində inkişaf edə bilər.